Dünya çempionatı: Güləşçimiz finala yüksəlib

Xəbərlər
1 Avqust 2025 19:30
87
Dünya çempionatı: Güləşçimiz finala yüksəlib

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın beşinci günündə sərbəst güləşçilər mübarizəyə start veriblər.

Xalçaya çıxan pəhləvanlarımızdan ikisi yarımfinala vəsiqə qazanıb.

U-17 dünya çempionatı
Sərbəst güləş
48 kq

Rəvan Həsənzadə belaruslu Makar Markoviçə (UWW) tam üstünlüklə (12:0), özbəkistanlı Cahangir Tulkunova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda amerikalı Ariah Millslə güləşib. 2:7 hesabı ilə uduzan təmsilçimiz bürünc uğrunda yarışacaq.

55 kq
Ruslan Əlizadə moldovalı Dan Bulqaruya və kanadalı Aaharen Piranavana 10:0 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda rusiyalı Çingis Sarıqlara (UWW) 8:9 hesabıyla məğlub olub.

65 kq
Hüseyn İsmayılov kanadalı Liam Qortona 4:2, yunanıstanlı Konstantinos Mixailidisə tam üstünlüklə (11:0), qırğızıstanlı Adisbek Altınbekova isə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hüseyn yarımfinalda qazaxıstanlı Yerali Askerbeklə qarşılaşıb və 3:1 hesabı ilə üstün olub. O, finalda Arseni Kikiniou ilə üz-üzə gələcək.

80 kq
Nihad Süleymanlı debütdə ermənistanlı Vaçe Aslanyana 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/8 finalda sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə (UWW) 5:7 hesabıyla məğlub olub.

110 kq
Hakim Tağıyev belaruslu Mikita Tkaçikə (UWW) tam üstünlüklə (10:0), amerikalı Aleksander Teylora isə 7:6 hesabıyla qalib gəlib. Güləşçimiz 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarova (UWW) 0:5 hesabıyla məğlub olub.

Qeyd edək ki, dünya çempionatına avqustun 3-də yekun vurulacaq.

İdman.biz