Güləşçilər üçün seminar - FOTO

Xəbərlər
2 May 2025 16:33
269
Güləşçilər üçün seminar - FOTO

Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminarı keçirib.

İdman.biz xəbər verir ki, “Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda keçirilən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb.

Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.

Qeyd edək ki, AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.

İdman.biz