Mikayıl Cabbarovdan 3 lisenziya ilə bağlı PAYLAŞIM

Xəbərlər
9 May 2024 22:34
528
Mikayıl Cabbarovdan 3 lisenziya ilə bağlı PAYLAŞIM

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov İstanbulda Dünya Olimpiya Təsnifat Turnirində 3 lisenziya qazanan yunan-Roma güləşçilərini təbrik edib.

İdman.biz xəbər verir ki, o, bununa bağlı feysbuk səhifəsində paylaşıb edib.

Komandanı təbrik edən federasiya rəhbəri güləşçilərə Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb: "Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə milli komandamızın üzvləri Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla da ümumi lisenziyalarımızın sayı 11-ə çatıb. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, sərbəst güləşçilərimiz 6, yunan-Roma güləşçilərimiz isə Paris-2024 Olimpiadasına 5 lisenziya qazanıblar.

İdman.biz