Sneyder: "Ağlayan deyiləm, amma "Qızıl top"umu Messiyə verdilər"

Xəbərlər
3 Dekabr 2023 16:14
688
Sneyder: "Ağlayan deyiləm, amma "Qızıl top"umu Messiyə verdilər"

Niderland və “İnter”in keçmiş ulduzu Uesli Sneyder “Qızıl top-2010” mükafatı ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, o, mükafata Lionel Messini deyil, özünü layiq hesab edir.

“Bir az ədalətsiz qərar idi. 2010-cu ildə “Qızıl top”a layiq görülmədim, onu Messi qazandı. Buna görə, ağlayan insanlardan deyiləm. “Qızıl top” fərdi mükafatdır, mən komanda uğurlarına üstünlük verirəm. Amma hələ də mənə ağrılıdır”, - deyə Sneyder bildirib.

Qeyd edək ki, 2010-cu ildə Sneyder “İnter”in heyətində Çempionlar Liqasını qazanıb, dünya çempionatının finalında oynayıb. “France Football” nəşrinin ilin ən yaxşı futbolçusuna verdiyi “Qızıl top” mükafatı isə Lionel Messi qazanıb. Niderlandlı səsvermədə ikinci olub.

İdman.biz