Arteta Vengerin göstəricisini təkrar edə biləcəkmi?

Xəbərlər
23 Avqust 2025 20:10
31
Arteta Vengerin göstəricisini təkrar edə biləcəkmi?

“Arsenal”ın İngiltərə Premyer Liqasının qalibi olmaq şansları yüksək dəyərləndirilir.

İdman.biz xəbər verir ki, statistika həvəskarları Londonun klubu ilə bağlı proqnoz irəli sürüblər.

Arsen Vengerin rəhbərliyi dövründə “Arsenal” dalbadal üç dəfə - 1998/99, 1999/2000, və 2000/01 mövsümlərində Premyer Liqada ikinci olduqdan sonra növbəti futbol ilində çempion ola bilib. Bu, "topçular"ın son çempion titulu kimi tarixə düşüb.

Komanda ispaniyalı Mikel Artetanın başçılığı altında ardıcıl üç dəfə Premyer Liqanın ikinci pillədə başa vurublar. Statistika həvəskarları əlamətlərin 2025/26 mövsümündə “Arsenal”ın çempion olma ehtimalına işarə olduğunu vurğulayıblar.

Qeyd edək ki, "Arsenal" ilk turda səfərdə "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz