Bolqarıstan Futbol Federasiyasının prezdenti Borislav Mixaylov istefa verib.
İdman.biz xəbər verir ki, veteran qapıçı tənqidlərdən sonra postunu tərk etməyə qərar verib.
Son illərdə seçmə mərhələlərində uğursuz çıxış edən Bolqarıstan yığması AVRO-2024-dən kənarda qalıb. Komandanın Sofiyada Macarıstanla oyunundan əvvəl təxminən 5 min azarkeş BFF rəhbərliyinin istefasını tələb etmişdi. “Hamını sakitləşdirmək üçün istefa verirəm. Federasiya rəhbəri olduğum andan bəri ciddi təzyiqlərə, tənqidlərə məruz qaldım. Buna baxmayaraq, qısa müddətdə qarşımızda duran vəzifələrin öhdəsindən gəldik. Milli komanda yaxşı oyun nümüyiş etdirmirdi, məndən asılı olan bütün addımları atdım”, deyə Mixaylov açıqlamasında bildirib.
Qeyd edək ki, AVRO-2024-ü seçmə mərhələsini Bolqarıstan sonuncu, 5-ci pillədə başa vurub.
İdman.biz