Məhəmməd Salah birgə oynamaq istədiyi 3 futbolçunun adını açıqlayıb

Xəbərlər
27 Noyabr 2023 15:36
271
Məhəmməd Salah birgə oynamaq istədiyi 3 futbolçunun adını açıqlayıb

“Liverpul”un forvardı Məhəmməd Salah birlikdə oynamaq istədiyi futbolçuların adını açıqlayıb.

İdman.biz xəbər verir ki, misirli hücumçu Lionel Messi və Kriştiano Ronaldo ilə eyni komandada yer almaq arzusundadır.

Salah İngiltərə Premyer Liqasında isə “Mançester Siti”nin futbolçusu Kevin de Bruynenin adını çəkib: “O, meydanı yaxşı görür. Əminəm ki, belçikalı məni istədiyi vaxt “tapa” və istədiyi vaxt ötürmə edə bilər. Messi, Ronaldo və Bruyne ilə bir komandada olmağı çox istəyərəm. Amma mən yenə öz oyunumu göstərmə çalışıram və başqa heç kimi düşünmürəm”.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Salah 230 matçda 147 qol vurub.

İdman.biz