"Arsenal"dan belçikalı futbolçuya yeni təklif

Xəbərlər
10 May 2025 18:19
34
"Arsenal"dan belçikalı futbolçuya yeni təklif

"Arsenal" belçikalı futbolçu Leandro Trossardla müqavilə müddətini artırmaq arzusundadır.

İdman.biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

London klubu gələn mövsümün sonunda bitəcək müqaviləni daha 3 il müddətinə artırmaq istəyir. 2023-cü ilin yanvarında "Brayton"dan transfer olunan Trossard baş məşqçi Mikel Artetanın etimadını qazanıb.

Qeyd edək ki, Leandro bu mövsüdə İngiltərə Premyer Liqasında 35 oyunda 8 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz