PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-də “Le-Man” üzərində 3:1 hesablı qələbədən sonra komandada penaltiləri yerinə yetirəcək konkret futbolçunun müəyyənləşdirilmədiyini açıqlayıb.
İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, mütəxəssis Dezire Duenin penaltidən yararlana bilməməsindən sonra bu seçimə aydınlıq gətirib:
“Penaltini kim vurur? Bu, oyunun hansı anı olduğundan, hesabdan və meydanda kimlərin olmasından asılıdır.
On penaltidən doqquzunu qola çevirə bilən əsl mütəxəssisimiz yoxdur, amma penaltiləri yaxşı yerinə yetirən çoxlu futbolçumuz var. Buna görə də penalti seriyalarında çox qələbə qazanmışıq”.
Qeyd edək ki, Lukas Beraldo ilk hissədə penaltidən fərqlənib. Due isə öz imkanından istifadə edə bilməyib.
