İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Maykl Kerrik Premyer Liqanın üçüncü turunda “Everton”la 2:2 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssis komandasının səfərə qalib gəlmək üçün yollandığını bildirib.
“Biz məyusuq. Buraya qalib gəlmək üçün gəlmişdik və buna iki dəfə yaxın olduq. Bilirdim ki, bu, taleyi sonadək bəlli olmayan oyunlardan biri olacaq. “Everton”la səfər matçlarımda çox vaxt belə olub”, - Kerrik deyib.
O, komandasının üstünlüyünü qoruya bilməməsindən narazı qaldığını vurğulayıb:
“İşi sona çatdıra bilmədik. Rəqib uzaq məsafədən yuxarı küncə iki gözəl qol vurdu. Hücumda yaxşı görünürdük, amma səfərdə iki qol vurub qalib gələ bilməmək çox məyusedicidir”.
