“Real Madrid TV” La Liqanın dördüncü turunda “Betis”ə 0:1 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın baş hakimi Alexandro Ernandes Ernandesi hədəfə alıb.
İdman.Biz xəbər verir ki, Madrid klubunun televiziyası ispaniyalı referinin uşaqlıqdan “Barselona” azarkeşi olduğunu bildirib. RMTV bunun üçün Ernandes Ernandesin 1994-cü ildə, 12 yaşında olarkən verdiyi müsahibəni xatırladıb. Həmin söhbətdə gələcək hakim sevimli komandasının “Barselona” olduğunu deyib, Romario və Mikael Laudrupun adlarını çəkib.
Bu gönderiyi Instagram'da gör
RMTV “Betis”lə oyundakı hakimlikdən də narazılığını ifadə edib. Klub televiziyasında Ernandes Ernandes və VAR hakimi İqlesias Vilyanueva “bacarıqsız” adlandırılıb. Xüsusilə Kilian Mbappenin son dəqiqələrdə yerinə yetirdiyi penalti zamanı “Betis” futbolçusunun cərimə meydançasına vaxtından əvvəl daxil olması ilə bağlı epizod müzakirə olunub.
Madrid təmsilçisinin televiziyası əvvəlki illərdə də Ernandes Ernandesin idarə etdiyi matçlarda “Real”ın nəticələrinə və mübahisəli qərarlara diqqət çəkib.
