Mourinyo: “Betis”in oyunçusu ölmüş kimi davranırdı

5 Sentyabr 2026 03:19
100
Mourinyo: “Betis”in oyunçusu ölmüş kimi davranırdı

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının dördüncü turunda “Betis”ə qarşı keçirdikləri matçda aldığı sarı vərəqəni şərh edib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis görüşün 55-ci dəqiqəsində hakim tərəfindən xəbərdarlıq alıb.

“Niyə mənə sarı vərəqə verdilər? Mən yerimdən sıçradım, çünki “Betis”in oyunçusu ölmüş kimi davranırdı. Mənə nəyə görə sarı vərəqə göstərdiklərindən anlayışım yoxdur”, - deyə Mourinyo mətbuat konfransında bildirib.

Qeyd edək ki, “Real Madrid” “Betis”ə 0:1 hesabı ilə uduzub. Yeganə qol 81-ci dəqiqədə vurulub, 90+4-cü dəqiqədə isə Kilian Mbappe penaltini reallaşdıra bilməyib.

Bu məğlubiyyət madridlilər üçün Mourinyonun baş məşqçi postuna qayıdışından sonra ilk olub.

İdman.Biz