Fransanın PSJ futbol klubu Xviça Kvaratsxeliya ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı futbolçu ilə sözləşməni 2030 və ya 2031-ci ilin yayına qədər artırmağı planlaşdırır.
Məlumata əsasən, tərəflər arasında danışıqlar artıq başlayıb. PSJ razılaşmanı “Qızıl top”un təqdimetmə mərasiminə qədər rəsmiləşdirmək istəyir. Buna səbəb Xviçanın builki mükafata əsas namizədlərdən biri olmasıdır. Gürcü futbolçu “Qızıl top”u qazansa, onunla müqavilənin uzadılması üzrə danışıqların daha çətin keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Xviça ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 48 oyuna çıxıb. O, bu görüşlərdə 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
