31 yaşlı Loryente İspaniya millisində karyerasını başa vurub

3 Sentyabr 2026 21:31
101
31 yaşlı Loryente İspaniya millisində karyerasını başa vurub

“İspaniya” millisinin futbolçusu Markos Loryente milli komandadakı karyerasını başa vurub.

İdman.Biz xəbər verir ki, 31 yaşlı müdafiəçi qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Futbolçu bildirib ki, hələ gənc olmasına və düzgün addımları atmağa davam edəcəyi halda milli komandanın formasını bir neçə il də geyinə biləcəyinə baxmayaraq, belə qərar qəbul edib:

“Bilirəm ki, çoxunuz bunu başa düşməyəcəksiniz. Açığı, mən də kənardan baxsaydım, bunu anlamazdım. Lakin bu, şəxsi qərarımdır. Bu barədə çox düşünmüşəm və hər şeyi dərindən hiss edərək qərar vermişəm. Dünya çempionatına gedib-getməyəcəyimdən, qalib gəlib-gəlməyəcəyimizdən asılı olmayaraq, bu qərarı artıq vermişdim.

Bu illər ərzində tanış olduğum və ailəmlə birlikdə unudulmaz anlar yaşamağımıza imkan yaradan hər kəsə sonsuz minnətdaram. Yaşadığım hər şeyi yaddaşımda saxlayacağam. Xüsusilə də son 52 günü. İspaniyanı zirvəyə çıxarmaq üçün sona qədər mübarizə aparan möhtəşəm komanda bunu bacardı.

Ölkəmi təmsil etmək və bu tarixin bir hissəsi olmaq mənim üçün böyük şərəf idi. Hər şey üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Markos Loryente İspaniya millisində 27 oyun keçirib və 2026-cı ildə dünya çempionu olub.

İdman.Biz