“Atalanta” ingiltərəli vinger üçün 40 milyon avro ödəyə bilər

31 Avqust 2026 23:00
71
“Atalanta” ingiltərəli vinger üçün 40 milyon avro ödəyə bilər

İtaliyanın “Atalanta” futbol klunu “Bolonya”nın vingeri Conatan Rounun transferini rəsmiləşdirməyə yaxındır.

İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar 23 yaşlı ingiltərəli futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.

Razılaşma son mərhələdədir. Rou əvvəlcə icarə əsasında “Atalanta”ya keçəcək və müqavilədə futbolçunun sonradan satın alınması şərti də yer alacaq.

Transferin sabit məbləği 35 milyon avro (70 milyon manat) təşkil edəcək. Daha 5 milyon avro (10 milyon manat) isə bonuslar şəklində “Bolonya”ya ödənilə bilər. Beləliklə, keçidin ümumi dəyəri 40 milyon avroya (80 milyon manat) çata bilər.

Qeyd olunur ki, Rou karyerasını məhz Bergamo klubunda davam etdirmək istəyib.

İngiltərəli vinger 2025-ci ilin yayından “Bolonya”da çıxış edir. O, daha əvvəl Fransanın “Marsel” və İngiltərənin “Norviç” klublarında forma geyinib.

İdman.Biz