Bu gün Avropanın TOP-5 liqasında ümumilikdə üç qarşılaşma baş tutacaq.
İdman.Biz xəbər verir ki, əsas diqqət İngiltərə Premyer Liqasına yönələcək. Son çempion “Arsenal” 2026/27 mövsümünün açılış matçında elitaya qayıdan “Koventri Siti”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniya La Liqasında ikinci turun cümə gününə nəzərdə tutulan yeganə qarşılaşmasında “Real Betis” “Real Sosyedad”la üz-üzə gələcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Fransa Liqa 1-də isə 2026/27 mövsümünün ilk oyunu “Marsel” və “Strasbur” arasında keçiriləcək. “Velodrom”dakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İspaniya La Liqası
23:00 “Real Betis” - “Real Sosyedad”
İngiltərə Premyer Liqası
23:00 “Arsenal” - “Koventri Siti”
Fransa Liqa 1
22:45 “Marsel” - “Strasbur”
İtaliya A Seriyasının 2026/27 mövsümü avqustun 22-də, Almaniya Bundesliqası isə avqustun 28-də başlayacağından bu gün həmin çempionatlarda oyun keçirilməyəcək.
