PSJ Fransa çempionatının ilk turunda “Renn”i doğma stadionunda qəbul edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, avqustun 23-nə nəzərdə tutulan görüş “Park de Prens”in ot örtüyünün uzunmüddətli isti hava şəraitindən zərər görməsi səbəbindən Parisdə keçirilməyəcək. Meydanın vəziyyəti oyunun təhlükəsiz təşkili üçün uyğun hesab edilməyib.
Fransa Peşəkar Futbol Liqası PSJ-nin meydan sahibliyinin dəyişdirilməsi ilə bağlı müraciətini qəbul edib. Nəticədə qarşılaşma “Renn”in “Roazon Park” stadionunda keçiriləcək. Əvəzində komandaların martın 6-na nəzərdə tutulan digər görüşü Parisdə baş tutacaq.
PSJ azarkeşlərdən yaranmış vəziyyətə görə üzr istəyib. Paris klubu növbəti ev oyunlarında oxşar problemin yaşanmaması üçün “Park de Prens”in ot örtüyünü dəyişdirməyi planlaşdırır.
PSJ Fransa çempionatının son qalibidir və 2026/27 mövsümünün ilk turuna “Renn”lə səfər matçı ilə başlayacaq.
