Qvardiola UEFA tərəfindən mövsümün baş məşqçisi seçilib

Xəbərlər
31 Avqust 2023 23:03
136
Qvardiola UEFA tərəfindən mövsümün baş məşqçisi seçilib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA tərəfindən ilin meneceri mükafatına layiq görülüb.

İdman.biz xəbər verir ki, bu mükafata iddialı ilk üçlükdə ispaniyalıdan başqa italiyalı Simone İnzaqi ("İnter") və Luçano Spaletti ("Napoli") olub.

İlkin olaraq səsvermə üçün ötən mövsümün ən yaxşı məşqçilərinin qısa siyahısı tərtib edilib. Daha sonra ötən mövsüm Avropa yarışlarında çıxış etmiş klubların baş məşqçiləri ilə UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri arasında səsvermə yolu ilə ilk üçlük müəyyənləşib. Seçicilər arasında xüsusi seçilmiş jurnalistlər də olub.

Xatırladaq ki, bu gün, avqustun 31-də Monakoda Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bundan əlavə, bu tədbirdə UEFA ötən mövsümün nəticələrinə görə futbol üzrə müxtəlif mükafatların qaliblərini elan edib.

İdman.biz