Arda “Real”dakı debütündə 59 dəqiqə oynayıb - VİDEO

Xəbərlər
7 Yanvar 2024 02:13
191
Arda “Real”dakı debütündə 59 dəqiqə oynayıb - VİDEO

Türkiyəli futbolçu Arda Gülərin “Real”da debütü reallaşıb.

İdman.biz xəbər verir ki, o, İspaniya kubokunun 4-cü mərhələsində “Arandina”ya qarşı oyunda meydana çıxıb.

Ötən ilin iyulunda “Fənərbaxça”dan 20 milyon avroya transfer olunan Arda 59 dəqiqə meydanda olub. O, yerini Valverdiyə verib.

Qeyd edək ki, oyun Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb

İdman.biz

--------

00:33

Türkiyəli futbolçu Arda Gülər “Real”da debüt edib.

İdman.biz xəbər verir ki, o, İspaniya kubokunun 4-cü mərhələsində “Arandina”ya qarşı oyunda meydana çıxıb.

Ötən ilin iyulunda “Fənərbaxça”dan 20 milyon avroya transfer olunan Arda uzun müddət zədədən əziyyət çəkib. 18 yaşlı futbolçu əvvəl dizindən, sonra əzələsi zədələnib.

Qeyd edək ki, Gülər 24 nömrəli formada ilk oyununa çıxıb.

İdman.biz