“Real Madrid” “Betis”in braziliyalı mərkəz müdafiəçisi Natanla maraqlanır.
İdman.Biz bildiir ki, “Çelsi” və “Nyukasl” da oyunçunu izləyir.
Jurnalist Ekrem Konurun X sosial media platformasında verdiyi məlumata görə, “Sevilya” klubu müdafiəçi üçün 40 milyon ilə 50 milyon avro arasında qiymət təyin edib.
Oyunçunun komanda ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Bu mövsüm Natan bütün yarışlarda 27 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, müdafiəçinin dəyəri 20 milyon avrodur.
İspaniya çempionatının 21 oyunundan sonra “Real Madrid” 51 xalla turnir cədvəlində ikinci yerdədir. Onlar lider “Barselona”dan bir xal geridədirlər. “Betis” 32 xalla altıncı yerdədir.
