“Arauxo mənim qardaşım kimidir, onun tez sağalıb geri dönməsini istəyirəm” - Pedri

Xəbərlər
10 Dekabr 2025 22:42
29
“Arauxo mənim qardaşım kimidir, onun tez sağalıb geri dönməsini istəyirəm” - Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri psixoloji sağlamlıq problemlərindən əziyyət çəkən komanda yoldaşı, müdafiəçisi Ronald Arauxonu dəstəkləyib.

İdman.Biz xəbər verir ki, Arauxo əvvəllər Çempionlar Liqasında “Çelsi” ilə matçda meydandan qovulmasının stressindən xilas olmaq üçün klubdan vaxt istəmişdi. Sözügedən oyun “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

“Bu, sadə vəziyyət deyil. Ona əlimdən gələn bütün dəstəyi vermək istəyirəm, bu barədə şəxsən danışmışıq. O, ailəmizin bir hissəsidir, onu çox sevirik, həm meydanda, həm də meydandan kənarda ona ehtiyacımız var. Meydanda və meydandan kənarda belə şeylər, səhvlər olur. Hamımız səhv edirik və ona ehtiyac duyuruq. O, mənim üçün qardaş kimidir. Onu çox sevirəm və sağaldıqdan sonra mümkün qədər tez geri dönməsini ümid edirəm”, - “Mundo Deportivo” Pedridən sitat gətirir.

KİV-də yayılan məlumatlara görə, Arauxo klub məşqlərini buraxıb və Qüdsə qısa səyahətə çıxıb. Bu səfərə onun ruhi tarazlığını bərpa etməyə yönəlmiş mənəvi və mədəni fəaliyyətlər də daxildir.

İdman.Biz