Dünyanın ən böyük film və televiziya istehsalı şirkətlərindən biri olan “Warner Bros”, “Fənərbaxça”nın hücumçusu Kərəm Aktürkoğluna qarşı İstanbul Əqli və Sənaye Mülkiyyət Məhkəməsində iddia qaldırıb.
İdman.Biz-in məlumatına görə, bu barədə “Sabah” qəzeti xəbər verir.
İddia futbolçunun sosial mediada “Harri Potter” film seriyasından vizual görüntülərdən və audio materiallardan icazəsiz istifadə etməsi səbəbindən qaldırılıb. Warner Bros. öz iddiasında qeyd edir ki, “Harri Potter”, “Hoqvarts” və “Qriffindor” kimi bir çox termin Türkiyədə patentləşdirilib və yüksək kommersiya dəyəri var. Şirkət Aktürkoğlunun şəkillərdən icazəsiz istifadə edərək müəllif hüquqlarını pozduğuna inanır. İddiada həmçinin istintaqın oyunçuya əvvəlcədən xəbərdarlıq edilmədən aparılmalı olduğu bildirilir.
Aktürkoğlu bu mövsüm bütün yarışlarda “Fənərbaxça”da 11 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib.
