Upamekano yeni müqaviləyə çox yaxındır

Xəbərlər
20 Noyabr 2025 18:42
23
Upamekano yeni müqaviləyə çox yaxındır

“Bavariya” klubunun prezidenti Herbert Hainer fransalı müdafiəçi Dayo Upamekanonun gələcəyi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri “Sky Sport”a açıqlamasında yeni müqavilənin yaxın zamanda həll olunacağına nikbin yanaşdığını deyib.

Hainer bildirib ki, Upamekano Münhen klubunda özünü çox rahat hiss edir.

“Onun burada çox xoşbəxt olduğunu eşidirəm. Komandada özünü inanılmaz dərəcədə rahat hiss edir və baş məşqçi ilə münasibətindən də çox məmnundur”, - deyə prezident bildirib.

“Bavariya”nın müdafiəçisi ilə bağlı danışıqlar davam edir və tərəflərin mövsüm bitmədən razılığa gələcəyi gözlənilir.

İdman.Biz

Məqalədə: