“Trabzonspor” səfərdən 3 xalla dönüb

Xəbərlər
10 Dekabr 2023 22:07
228
“Trabzonspor” səfərdən 3 xalla dönüb

Bu gün Türkiyə Superliqasında daha 4 oyun keçirilib.

İdman.biz xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Trabzonspor” Qazintepə səfər edib.

Oyunda bütün qollar fasilədən sonra vurulub. Trabzon klubunun heyətində iki dəfə Trezege, bir dəfə Bakasetas fərqlənib. Bu qələbədən sonra hesabında 26 xal olan “Trabzonspor” 4-cü pillədə yer alıb.

Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Başakşəhər”ə, “Pendikspor” isə “Kayserispor”a uduzub.

Türkiyə Superliqası
15-ci tur

İstanbulspor – Alanyaspor – 0:1
Başakşəhər – Hatayspor – 1:0
Kayserispor – Pendikspor – 2:0
Qazintep – Trabzonspor – 1:3

İdman.biz