Luis Enrike Hakimi haqqında: “O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”

Xəbərlər
24 Oktyabr 2025 20:19
28
Luis Enrike Hakimi haqqında: “O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının 26 yaşlı mərakeşli müdafiəçisi Əşrəf Hakimi haqqında danışıb.

İdman.Biz bildirir ki, bu mövsüm Hakimi klubun heyətində bütün yarışlarda 10 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.

“O, komandanın liderlərindən biridir. Komanda yoldaşları onu vitse-kapitan seçiblər ki, bu da onun meydandakı keyfiyyətini açıq şəkildə nümayiş etdirir.

O, fərq yarada bilən, bir çox hücum və müdafiə keyfiyyətlərinə malik, çox oynayan və həmişə 100% fədakarlıq göstərən bir oyunçudur. Onu komandamızda görməkdən məmnunuq. Mənim üçün Hakimi, şübhəsiz ki, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”, - Enrike bildirib.

İdman.Biz