"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haaq İngiltərə Premyer Liqasının noyabr ayının ən yaxşı məşqçisi seçilib.
İdman.biz xəbər verir ki, “Mançester Yunayted” ötən ay niderlandlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı bütün oyunlarda qalib gəlib.
“Qırmızı şeytanlar” “Fulhem” və “Luton”u 1:0, “Everton”u isə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Mançester Yunayted" 15 turdan sonra 27 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.
İdman.biz