“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Fransada bel nahiyəsindən əməliyyat olunub.
İdman.biz “sport.es”ə istinadən xəbər verir ki, yaxın vaxtlarda Kataloniya klubunun qapıçısı bərpa prosesinə başlayacaq.
Bildirilib ki, əməliyyatın fəsad riski daşımaması Ştegenin bugünlərdə Barselonaya dönəcəyinə gözlənilir.
Qolkiper “Barselona”nın əməliyyatın təfərrüatları barədə məlumat yaymasını istəməyib. Ona görə də futbolçunun səhhəti və reabilitasiya müddəti ilə bağlı dəqiq məlumat verilimir.
Qeyd edək ki, Ter Şteqen noyabrda Almaniya millisində olarkən şiddətli bel ağrılarını hiss edib. Bu səbəbdən o, bir neçə matçı buraxmalı olub.
İdman.biz