Suares: "Endrikin "Barselona"ya getməsini istəyirdim”

Xəbərlər
8 Dekabr 2023 10:17
675
Suares: "Endrikin "Barselona"ya getməsini istəyirdim”

“Endrikin “Barselona”ya getməsini istəyirdim. O, seçim etməli və futboldan həzz almalıdır, sonra futbol da ondan həzz alacaq”.

İdman.biz xəbər verir ki, bunu Braziliyanın "Qremio"nun hücumçusu Luis Suares gələn ilin yayında “Real”a keçəcək Endrik barəsində deyib.

Suarez 17 yaşlı futbolçunu yüksələn ulduz kimi səciyyələndirib: “O, ulduzdur. O, hələ çox gəncdir, ilk addımlarını atır. Düşünürəm ki, onun bu il əldə etdiyi nailiyyətlər inanılmazdır”.

Qeyd edək ki, "Palmeyras"ın futbolçusu Braziliya millisinin heyətində də yer alır. O, Madrid "Real"ı ilə ilkin müqavilə imzalayıb və 2024-cü ilin yayında ispan klubuna keçəcək.

İdman.biz