Norveç Halandın het-triki ilə İsraili darmadağın edib - VİDEO

Xəbərlər
11 Oktyabr 2025 22:09
31
Norveç Halandın het-triki ilə İsraili darmadağın edib - VİDEO

Norveç DÇ-2026-nın seçmə mərhələsində İsraili evdə 5:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland (27, 63, 72)bu oyunda het-trik edib. İsrail yığması isə iki avtoqol vurub. Anan Xalaili (18) və İdan Nahmias (28) avtoqollara imza atıb.

Haland oyunda iki dəfə penaltini vura bilməyib.

Qələbədən sonra Norveç 18 xal toplayıb. Onlar I qrupunda birincidirlər. Doqquz xalı olan İsrail isə üçüncüdür.

İdman.Biz