Kriştiano Ronaldo ilk milyarder futbolçu olub

Xəbərlər
8 Oktyabr 2025 18:52
40
Kriştiano Ronaldo ilk milyarder futbolçu olub

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ilk milyarder futbolçu olub.

İdman.biz xəbər verir ki, 40 yaşlı hücumçunun hazırkı sərvəti 1,4 milyard avro təşkil edir.

Forvard bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb. Məhz bundan sonra onun sərvəti 1 milyardı ötüb.

Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında çıxış edib.

İdman.biz