Millimiz qrupda keçirdiyi üçüncü oyununda da böyük hesabla uduzub

18 Mart 2026 19:09
117
Millimiz qrupda keçirdiyi üçüncü oyununda da böyük hesabla uduzub

Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü matçını keçirib.

İdman.Biz xəbər verir ki, Nərgiz Qurbanovanın yetirmələri B Liqasının 3-cü qrupunda Farer adaları ilə qarşılaşıblar.

Sloveniyada keçirilən görüş Farer adalarının 6:1 hesablı qələbəsi ilə bitib.

Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub.

Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.

İdman.Biz