Qətərin paytaxtı Dohada dekabrın 4-18-də Beynəlxalq ağırlıqqaldırma üzrə Qran-pri keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi 4 atletlə təmsil olunacaq.
Kişilərin mübarizəsində Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.
Qadının yarışında isə Nazilə İsmayılova (49 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.
Emin Ağa
İdman.biz