Səfirdən yığma komandaya dəstək

Xəbərlər
12 Fevral 2024 23:16
118
Səfirdən yığma komandaya dəstək

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında iştirak edir.

İdman.biz xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfiri cənab Hüseyn Hüseynov komanda üzvləri ilə görüşüb.

Səfir komandanın qaldığı mehmanxanaya baş çəkərək idmançılar, məşqçilər və texniki heyətlə söhbət edib. Hüseyn Hüseynov idmançılarımıza bu və qarşıdakı yarışlarda uğurlar arzulayıb, beynəlxalq arenalarda bayrağımızın daima zirvələrdə dalğalandırılmasını arzulayıb.

Baş məşqçi Maxtı Makkayev öz növbəsində səfirə təşəkkürünü bildirib, onun düşərgəyə gəlməsini komanda üçün mənəvi dəstək olacağını bildirib.

Qeyd edək ki, bu gün start götürən Avropa çempioantın fevralın 20-dək davam edəcək.

İdman.biz