Voleybolçularımız III MDB Oyunlarına Gürcüstanda hazırlaşacaq

Xəbərlər
1 Sentyabr 2025 14:29
44
Voleybolçularımız III MDB Oyunlarına Gürcüstanda hazırlaşacaq

III MDB Oyunlarında iştirak edəcək 17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu gün komanda Gürcüstanın Tbilisi şəhərinə yola düşüb.

Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimiz Gürcüstanın yeniyetmələrdən ibarət yığması ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

İdman.biz