TVF prezidenti Akif Üstündağ Şahin Bağırova xatirə hədiyyəsi və forma təqdim edib

Xəbərlər
6 Noyabr 2023 21:56
227
TVF prezidenti Akif Üstündağ Şahin Bağırova xatirə hədiyyəsi və forma təqdim edib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 illər mövsümün açılış mərasimi olub.

İdman.biz xəbər verir ki, Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.

Mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Azerreyl” və kubokun sahibi “Abşeron” klubları üz-üzə gəliblər. Oyundan əvvəl Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ Şahin Bağırova xatirə hədiyyəsi və Türkiyənin qadın voleybolçulardan ibarət yığma komandasının oyunçularının imzası olan formanı təqdim edib.

Qeyd edək ki, mövsümün açılış oyununda "Abşeron" 3:1 hesabı ilə qalib gəlib.

İdman.biz