Azərbaycan triatlonçusu dünya çempionatında çıxış edəcək

Xəbərlər
10 Noyabr 2023 19:37
Azərbaycan triatlonçusu dünya çempionatında çıxış edəcək

Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov növbəti reytinq turnirinə hazırlaşır.

İdman.bizin məlumatına görə, o, Çilinin Vina Del Mar şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Noyabrın 12-də 57 idmançının iştirakı ilə baş tutacaq yarışa Pevtsov 11-cı sıradan start verəcək.

Qeyd edək ki, Pevtsov ötən ay Dünya kuboku mərhələlərində çıxış edib. O, Çenqduda (Çin) bürünc, Tonqyenqdə (Cənubi Koreya) 12-ci yeri tutub.

Zəki Feyzullayev
İdman.biz