53 yaşlı idmançı yarışda ölüb

Xəbərlər
7 Noyabr 2023 17:50
53 yaşlı idmançı yarışda ölüb

Triatlon üzrə Avstraliyanın Kvinslend şəhərində keçirilən “Noosa”da bədbəxt hadisə baş verib.

İdman.biz CNN-ə istinadən xəbər verir ki, hadisə üzgüçülük yarışının keçirildiyi zaman qeydə alınıb.

Avstraliyanın Viktoriya əyalətindən olan 53 yaşlı idmançının cəsədi Kvinslend polisi tərəfindən səhər tezdən sudan çıxarılıb.
Polis idmançının ölümündə şübhəli heç bir məqam tapmayıb və onun kimliyi ictimaiyyətə açıqlanmayıb.

Arzuolunmaz hadisə yaşansa da, yarış dayandırılmayıb. Qadınlar arasında avstraliyalı Eşli Centl, kişilərdə isə Yeni Zelandiya təmsilçisi Hayden Uayld birinci olub.

Qeyd edək ki, “Noosa” Triatlonu 1,5 km üzgüçülük, 40 km velosiped və 10 km qaçışdan ibarət hövzəni əhatə etməklə dünyanın ən yaxşı 10 triatlonundan biridir.

İdman.biz