Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tanjerdə keçirilən Dünya Kubokunda çıxış edib.
İdman.biz xəbər verir ki, Mərakeşdə ilk dəfə keçirilən böyük reytinq turniri kişilərin yarışında 63 idmançını bir araya gətirib.
Pevtsov 750 m su məsafəsini, 20 km-i velosipedlə və son 5 km-i qaçışda 55 dəqiqə 10 saniyəyə qət edib. Bu, ona 19-cu yeri tutmağa imkan verib.
Fransalı Pyer Le Koret dünya kubokunun qızıl, ispaniyalı David Kantero gümüş, norveçli Vetle Torn isə bürünc medal qazanıb.
Qeyd edək ki, Dünya Kuboklarında iştirakçılar Olimpiya lisenziya xalları qazanırlar.
İdman.biz