Parataekvondoçularımız Bakıda təlim-məşq toplanışına başlayıb

Xəbərlər
1 Sentyabr 2025 18:11
56
Parataekvondoçularımız Bakıda təlim-məşq toplanışına başlayıb

Kişi parataekvondoçulardan ibarət milli komandamız🇦🇿 sentyabrın 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

İdman.biz xəbər verir ki, təlim-məşq toplanışında milli komandanın üzvləri – Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq) və Orxan Cəfərov (80 kq) iştirak edirlər.

Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən hazırlıq prosesinə baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.

İdman.biz