Olimpiya mükafatçımıza Mayami-2025 üçün xüsusi dəvət

Xəbərlər
5 Avqust 2025 15:23
66
Olimpiya mükafatçımıza Mayami-2025 üçün xüsusi dəvət

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov ABŞ-də ustad dərsi keçəcək.

İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Mayami-2025 Beynəlxalq Taekvondo Düşərgəsinə xüsusi qonaq və təlimçi qismində rəsmi dəvət alıb.

O, burada ustad dərsləri keçərək iştirakçılarla öz təcrübəsini bölüşəcək.

Qeyd edək ki, düşərgə avqustun 30-31-də olacaq.

İdman.biz