Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar - FOTO

Xəbərlər
16 May 2025 23:41
64
Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar - FOTO

Bolqarıstanın Sofiya şəhərində taekvondo üzrə keçirilən G3 kateqoriyalı Prezident Kuboku turniri keçirilib.

İdman.biz xəbər verir ki, gənc taekvondoçularımız 1 qızıl, 2 bürünc medal qazanıblar.

Komandamızın heyətində ən yüksək nəticəyə Elcan Əliyev imza atıb. O, bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən pilləsində yer alıb.

Yunis Hüseynovlə Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.

İdman.biz