Dünya Taekvondosunun prezidenti Bakıya gəlir

Xəbərlər
3 Aprel 2024 14:29
Dünya Taekvondosunun prezidenti Bakıya gəlir

Dünya Taekvondosunun prezidenti Çunqvon Çu Bakıya gələcək.

İdman.biz xəbər verir ki, o, ilk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimində iştirak edəcək.

Tədbirə Çu ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyanın prezidenti Kəmaləddin Heydərov və gənclər və idman nazirinin müavini Mariana Vasileva da qatılacaqlar.

Açılış mərasimi aprelin 5-də olacaq. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.

Qeyd edək ki, bu gün start götürən yarışda 446 (351 oğlan, 95 qız) idmançı qüvvəsini sınayacaq. Birincilikdə 20 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

İdman.biz

Məqalədə: