Onur Quluzadə ən istedadlıların qatıldığı toplanışda

Xəbərlər
11 Dekabr 2023 12:48
276
Onur Quluzadə ən istedadlıların qatıldığı toplanışda

Azərbaycan millisinin stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.

İdman.biz xəbər verir ki, bir sıra turnirlərin mükafatçısı ilin Çexiyanın Havirov şəhərində keçirilən yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşacaq.

Hazırlığa baş məşqçi Mixail Timofeyev rəhbərlik edəcək.

Qeyd edək ki, dekabrın 17-də başa çatacaq “Eurotalents Development Camp” qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.

İdman.biz