Gəncə üzgüçülük üzrə turnirə ev sahibliyi edəcək

Xəbərlər
26 Avqust 2025 16:38
47
Gəncə üzgüçülük üzrə turnirə ev sahibliyi edəcək

Sentyabrın 13-14-də Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

Hər hansı bir klubu təmsil edən və WA balı (keçmiş FINA) 300-dən çox olan idmançıların nəqliyyat (Bakı-Gəncə-Bakı), otel və qidalanma xərcləri qarşılanacaq. Qeyd olunan meyarlara uyğun olmayan idmançılar da istəklərinə əsasən turnirdə iştirak edə bilərlər, lakin onlar üçün yalnız nəqliyyat təşkil olunacaq.

Qeyd edək ki, Gəncə III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabrda Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

İdman.biz

Məqalədə: