“Üzməyi öyrənək” layihəsinin III mərhələsi başa çatıb - FOTO

Xəbərlər
29 Noyabr 2023 12:12
271
“Üzməyi öyrənək” layihəsinin III mərhələsi başa çatıb - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Üzməyi öyrənək” layihəsinin III mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Qusar, Lənkəran, Şirvan, Quba, Abşeron, Sumqayıt, Şəki, Cəlilabad, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Balakən və Şəmkir Olimpiya İdman Komplekslərində təşkil edilmiş üzgüçülük məşğələlərinə orta məktəblərin 1-5-ci sinif şagirdləri cəlb ediliblər.

Ağdaş Olimpiya İdman Kompleksində təlimlər davam edir.

Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.

Qeyd edək ki, layihəyə bu ilin fevralından start verilib.

İdman.biz