Üzgüçülük üzrə Azərbaycan kubokunun qalibləri məlum olub - FOTO

Xəbərlər
22 Noyabr 2023 14:23
243
Üzgüçülük üzrə Azərbaycan kubokunun qalibləri məlum olub - FOTO

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlar arasında Ramil Vəlizadə qızıl medal qazanıb.

Stayer növü üzrə isə Süleyman İsmayılzadə və Kseniya Voronina çempion tituluna yiyələniblər.

Yarışda yığmamızın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina idman ustası normativini, milli komandanın üzgüçüləri - 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova idman ustalığına namizəd normativlərini yerinə yetiriblər.

Turnirdə fəal iştirak edən 58 könüllü və hakimlərə Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar verilib.

Qeyd edək ki, kubokda digər yaxşı nəticələr göstərənlərə də medal və diplomlar təqdim olunub.

İdman.biz