Üzgüçülük növü üzrə Azərbaycan kuboku start götürüb

Xəbərlər
17 Noyabr 2023 12:28
309
Üzgüçülük növü üzrə Azərbaycan kuboku start götürüb

Bakı Su İdman Sarayında üzgüçülük üzrə Azərbaycan kubokuna start verilib.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək yarışda respublikanın müxtəlif bölgələrindən 200 FİNA xalına malik 120-yə yaxın idmançı iştirak edir.

Turnirin açılış mərasimində ölkənin müxtəlif bölgələrindən və idman cəmiyyətlərindən olan üzgüçülərin paradı təşkil olunub. Ardınca isə Dövlət Himni səsləndirilib.

Yarışda iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

İdman.biz