Azərbaycanlı üzgüçü Serbiyada rekord vurub – 8 medal

Xəbərlər
18 Dekabr 2023 12:43
203
Azərbaycanlı üzgüçü Serbiyada rekord vurub – 8 medal

Azərbaycan üzgüçüləri Serbiyanın Niş şəhərində gənclər arasında beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

İdman.biz xəbər verir ki, bu uğura Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov imza atıb.

Vəlizadə 200 m məsafəyə batterflayda 2.03.01 göstərici ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, həmçinin turnirin rekordunu təzələyib.

Vəlizadə 100 m (55.23) batterflyay üsulu üzmədə də eyni nəticə göstərib. O, eyni növdə 50 m məsafədə isə 25.27 göstərici ilə gümüş medal qazanıb.

Millimizin digər üzvü Rəşad Alquliyev 50 m (28.83) məsafəyə arxası üstə üzmədə, 100 m-də (1.00.58) 3-cü yeri tutub.

Əbdürrəhman Rüstəmov isə 200 m məsafəyə batterflay üsulunda üzmədə 2.11.08 göstərici ilə bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: