Azərbaycan üzgüçüsü VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Xəbərlər
8 Noyabr 2025 21:19
41
Azərbaycan üzgüçüsü VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

İdman.Biz Report-a istinadən xəbər verir ki, idmançı 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə fərqlənib.

O, bu məsafəni üçüncü başa vurub.

Birinci yeri türkiyəli üzgüçü Kuzey Tuncelli, ikinci yeri isə Özbəkistan təmsilçisi İlya Sibirtsev tutub.

İdman.Biz