“Qazandığım qızıl medal Azərbaycanın qələbəsidir”.
İdman.biz xəbər verir ki, bunu III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uğurlu nəticə əldə etdiyi üçün çox sevinclidir:
“Üzgüçülük yarışlarında gərgin mübarizələr gedirdi. Yarışı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla bitirdim. Söz verirəm ki, gələcək turnirlərdə də uğur əldə edəcəyəm. Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyini hər zaman hiss edirik. Doğma ölkədə Azərbaycan himninin səslənməsi bir başqa sevincdir”.
Xatırladaq ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.